Moto G85 smartfonunun render fotoları ortaya çıxıblar
Cihazlar+
27.05.2024
Emil Nəcəfov
Motorola şirkəti keçən ilin avqust ayının sonunda Moto G84 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını hazırlayır. Söhbət, Moto G85-dən gedir. Belə ki, Motorola tərəfindən hazırlanan bu yeni smartfonun render fotoları internetdə ortaya çıxıblar. Təqdim edilmiş fotolarda smartfonun həm arxa paneli həm də ön paneli əks olunub. Fotolardan da görmək olar ki, Moto G85 smartfonu Motorola Edge seriyasına daxil olan flaqman smartfonlara bənzəyəcək. Fotolara əsasən Moto G85 smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı və ikili arxa kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq. Moto G85-in Snapdragon 4 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 8/12 GB RAM ilə 256 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcəyi gözlənilir. Üstəlik smartfon qutudan Android 14-ü əldə etməlidir. Çox güman ki, Moto G85 yay fəslinin sonunda təqdim ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən qapaqlı Motorola Razr 50-nin satış qiyməti məlum olub
Qatlana bilən qapaqlı Motorola Razr 50-nin satış qiyməti məlum olub
Motorola şirkəti qatlana bilən qapaqlı Motorola Razr 50 smartfon seriyasının təqdimatına hazırlaşır.
Qatlana bilən qapaqlı Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarının render fotoları ilə tenxiki imkanları ortaya çıxıblar
Qatlana bilən qapaqlı Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarının render fotoları ilə tenxiki imkanları ortaya çıxıblar
Motorola şirkəti qatlana bilən qapaqlı Razr 40 və Razr 40 Ultra smartfonlarını keçən ilin iyun ayında təqdim etmişdi. İndi isə şirkət onların davamçıları olacaq Razr 50 və Razr 50 Ultra modellərinin təqdimatlarına hazırlaşır.
Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın texniki imkanları açıqlanıb
Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın texniki imkanları açıqlanıb
Motorola şirkəti hal-hazırda Razr adlı qatlana bilən smartfon seriyasının yeni modellərini təqdim etməyə hazırlaşır.
Android 15-i əldə edəcək Motorola smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib
Android 15-i əldə edəcək Motorola smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib
Google şirkəti 14 may tarixində Android 15-i təqdim edəcək. Onun stabil versiyasının isə bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.
Moto G Stylus 5G (2024) smartfonu təqdim olunub - QİYMƏTİ
Moto G Stylus 5G (2024) smartfonu təqdim olunub - QİYMƏTİ
Motorola şirkəti Moto G seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Moto G Stylus 5G (2024)-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!