iPhone-lar premium Android smartfonlardan 2 dəfə daha yaxşı satılır
Cihazlar+
08.01.2024
Emil Nəcəfov
Counterpoint Research analitik şirkəti 2023-cü il üzrə premium smartfonlar bazarını analiz edərək bu bazarın liderlərini təyin edib. Məlum olub ki, premium smartfonlar bazarında birinci yeri tutan Apple şirkəti satış göstəriciləri baxımından öz yaxın rəqibini 4 dəfə geridə qoyub. Counterpoint Research şirkətinə əsasən satış qiyməti 600$-dan yuxarı olan smartfonlar premium smartfonlar siyahısına daxildirlər. Məlumata əsasən 2023-cü ildə bu cür smartfonların bazardakı pay göstəricisi 6% yüksəlib. 2016-cı il ilə müqayisədə isə bu göstərici 24% yüksəlib.
Premium smartfonlar bazarı Yaxın Şərq, Latın Amerikası, Hindistan, Qərbi Avropa və Çin kimi inkişaf edən regionların hesabına genişlənir. Bununla yanaşı analitiklər Latın Amerikası, Çin və Hindistanda premium və ultra premium (satış qiyməti 1000$-dan yüksək) smartfonlar bazarında rekord satış göstəricilərini gözləyirlər. Beləliklə Counterpoint Research şirkətinə əsasən 2023-cü ildə premium smartfonlar bazarının lideri Apple şirkəti olub. Belə ki, o bu bazarın 71%-nə sahib olub. İkinci yerdə 17%-lik bazar payı ilə Samsung şirkəti, üçüncü yeri isə 5%-lik bazar payı ilə Huawei şirkəti tutub. Huawei-dən sonrakı yerləri isə Xiaomi və OPPO tutublar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi G Pro 2024 gaming noutbuku barəsində məlumatlar ortaya çıxıb
Redmi G Pro 2024 gaming noutbuku barəsində məlumatlar ortaya çıxıb
Xiaomi-nin Redmi brendi hal-hazırda öz yeni gaming noutbuku üzərində çalışır.
Hansı Galaxy S24 modeli Exynos 2400 prosessorunu əldə edəcək?
Hansı Galaxy S24 modeli Exynos 2400 prosessorunu əldə edəcək?
Samsung şirkəti 17 yanvar tarixində Galaxy S24 smartfon seriyasını təqdim edəcək.
Huawei Enjoy 70 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
Huawei Enjoy 70 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
Huawei şirkəti 1 ay bundan öncə Huawei Enjoy 70 smartfonunu təqdim etmişdi. İndi isə şirkət Huawei Enjoy 70 Pro adlı yeni smartfonunu təqdim edib.
POCO M6 Pro 4G barəsində bəzi rəsmi məlumatlar verilib
POCO M6 Pro 4G barəsində bəzi rəsmi məlumatlar verilib
Xiaomi-nin POCO brendi 11 yanvar tarixində POCO M6 Pro 4G smartfonunu təqdim edəcək.
Apple AirTag 2 nə zaman təqdim olunacaq?
Apple AirTag 2 nə zaman təqdim olunacaq?
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti itmiş əşyaların tapılması üçün nəzərdə tutulmuş AirTag trekerinin ikinci nəslini bu il təqdim etməyi planlaşdırırdı.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!