İnsayderlər POCO F6 subflaqman smartfonunun texniki imkanlarını açıqlayıblar
Cihazlar+
23.04.2024
Farid Pardashunas
Xiaomi-nin POCO brendinin hazırladığı yeni smartfonlardan biri də POCO F6-dır. İndi isə insayderlər sözügedən smartfonun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüblər. İnsayderlər bildiriblər ki, POCO F6 smartfonu texniki göstəricilər baxımından subflaqman smartfon olacaq. Məlumatda qeyd edilib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunacaq və ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq.
Smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı POCO F6 özündə LPDDR5X standartlı RAM-ı və UFS 4.0 standartlı daxili yaddaş həcmini birləşdirəcək. İnsayderlərin sözlərinə əsasən kameralar mövzusunda POCO F6 smartfonu 50 MP (Sony IMX920) + 8 MP (Sony IMX355) ikili arxa kameranı və 20 MP-lik (OmniVision OV20B40) ön kameranı əldə edəcək. Üstəlik smartfon 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə etməyə başlayıblar
Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə etməyə başlayıblar
Xiaomi şirkəti öz smartfonlarının sistemlərini HyperOS-ə kimi yeniləməyə davam edir.
Xiaomi Mi Band 9 smart qolbağının təqdimatı artıq çox yaxındır
Xiaomi Mi Band 9 smart qolbağının təqdimatı artıq çox yaxındır
Xiaomi şirkəti özünün yeni smart qolbağı olacaq Mi Band 9-un təqdimatına hazırlaşır. Qeyd etmək lazımdır ki, Xiaomi Mi Band 8 keçən ilin aprel ayında təqdim olunmuşdu.
Xiaomi Mi 11T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
Xiaomi Mi 11T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
Xiaomi bazardakı smartfonlarının sistemlərini HyperOS-ə kimi yeniləməyə davam edir.
Redmi brendi Redmi 13 5G üzərində çalışır
Redmi brendi Redmi 13 5G üzərində çalışır
Xiaomi-nin Redmi brendi keçən il təqdim edilmiş Redmi 12 5G smartfonunun davamçısı üzərində çalışır.
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Samsung markasının "Galaxy S24" seriyası ilə təqdim etdiyi "Galaxy AI" süni intellektinin bir bənzər forması da Xiaomi tərəfindən hazırlanır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!