main-post-cover

    İlk qatlana bilən iPhone xarici istiqamətə qatlanan ekranı əldə edə bilər

    Cihazlar+
    11.06.2024
    Emil Nəcəfov
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti öz ilk qatlana bilən smartfonu üzərində çalışır. İndi isə məşhur insayder Jeff Pu şirkətin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Apple şirkətinin ilk qatlana bilən smartfonu xarici istiqamətə qatlanan ekranı əldə edə bilər. Bunun olacağı halda smartfon bu mövzuda Huawei Mate Xs 2-ni xatırladacaq.
         İnsayder həmçinin əlavə edib ki, qatlana bilən iPhone 7.9 düym ölçülü OLED ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Apple şirkətinin öz ilk qatlana bilən smartfon modelini nə zaman təqdim edəcəyi ilə bağlı dəqiq bir məlumat yoxdur. Lakin bir çox insayderin fikrincə bu cür iPhone modeli 2026-cı ildə iPhone 18 smartfon seriyası birgə təqdim oluna bilər. Apple hal-hazırda bir neçə qatlana bilən cihaz üzərində çalışır. Onların arasında iPhone ilə yanaşı iPad planşeti və MacBook da var. Fiziki klaviaturaya sahib olmayan qatlana bilən MacBook modeli 2026-cı və ya 2027-ci ildə təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Artıq AirPods-u danışmadan və ya toxunmadan da idarə etmək mümkün olacaq!
    artiq-airpods-u-danismadan-ve-ya-toxunmadan-da-idare-etmek-mumkun-olacaq
    iOS 18-i və iPadOS 18-i əldə edəcək cihazların siyahıları təqdim edilib
    ios-18-i-ve-ipados-18-i-elde-edecek-cihazlarin-siyahilari-teqdim-edilib
    WatchOS 11 əməliyyat sistemi təqdim edilib
    watchos-11-emeliyyat-sistemi-teqdim-edilib
    Yeni macOS Sequoia əməliyyat sistemi təqdim edilib
    yeni-macos-sequoia-emeliyyat-sistemi-teqdim-edilib
    iPadOS 18 təqdim olunub: Yeniliklər nələrdir?
    ipados-18-teqdim-olunub-yenilikler-nelerdir