main-post-cover

    Honor öz 3 qat qatlana bilən smartfonunu artıq gələn il təqdim edə bilər

    Cihazlar+
    30.09.2024
    Emil Nəcəfov
         Huawei şirkəti bir neçə müddət bundan öncə Mate XT adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim etdi. Daha sonra isə məlumat ortaya çıxdı ki, bu cür smartfon üzərində üstəlik Xiaomi şirkəti də çalışır. Görünür, 3 qat qatlana bilən smartfon üzərində Xiaomi ilə yanaşı Honor da çalışır. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən Honor şirkəti öz ilk 3 qat qatlana bilən smartfonunu gələn ilin sentyabr ayında baş tutacaq IFA 2025 texnologiya sərgisində təqdim etməyi planlaşdırır.
         Məlumatda qeyd edilib ki, Honor-un 3 qat qatlana bilən smartfonunun gövdə qalınlığı 10 mm təşkil edə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Huawei Mate XT-nin gövdə qalınlığı 12.8 mm-dir. Hal-hazırda Honor-un ən nazik qatlana bilən smartfonu Honor Magic V3-dür. Onun gövdə qalınlığı 9.2 mm təşkil edir. Görünür, qatlana bilən smartfonlar bazarının növbəti təkamül istiqaməti məhz 3 qat qatlana bilən smartfonlar olacaqlar. Bununla belə insayderlərin sözlərinə əsasən qatlana bilən smartfonların hazırlanması ilə aktiv məşğul olan OPPO vivo şirkətləri 3 qat qatlana bilən smartfonları hazırlamağı hələ planlaşdırmırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Honor Play 9C smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-9c-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Honor Pad X8a planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-honor-pad-x8a-planseti-teqdim-edilib-qiymeti
    Honor Magic 7 Pro-nun real fotoları ortaya çıxıb
    honor-magic-7-pro-nun-real-fotolari-ortaya-cixib
    Büdcəli Honor Play 9T smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-9t-smartfonu-teqdim-edilib-qiymeti
    HONOR, IFA2024 tədbiri zamanı süni intellekt əsaslı yeniliklərini və müasir cihazlarını təqdim edib!
    honor-ifa2024-tedbiri-zamani-suni-intellekt-esasli-yeniliklerini-ve-muasir-cihazlarini-teqdim-edib