Honor ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışdığını rəsmi şəkildə təsdiqləyib
Cihazlar+
28.02.2024
Emil Nəcəfov
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. İndi isə bu məlumat şirkət tərəfindən rəsmi şəkildə təsdiqlənib. Məlumatı Honor şirkətinin CEO-su George Zhao təqdim edib. CNBC kanalına müsahibəsində Honor CEO-su bildirib ki, şirkət öz ilk qatlana bilən qapaqlı smartfonunun son hazırlanma mərhələsindədir. Əgər hər şey yolunda getsə, şirkət sözügedən smartfonu artıq bu il ərzində təqdim edəcək. Təəssüflər olsun ki, müsahibə çərçivəsində Honor CEO-su smartfonun texniki göstəriciləri barəsində məlumat verməyib. Lakin daha öncəki məlumat sızıntılarına əsasən smartfon 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Onu da qeyd etmək lazımdır ki, Honor-un ilk qatlana bilən qapaqlı smartfonunun Honor Magic Flip adlanacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor MagicBook Pro 16 noutbuku təqdim edilib
Honor MagicBook Pro 16 noutbuku təqdim edilib
Honor şirkəti təkcə Honor Magic 6 Pro smartfonunun və Honor Pad 9 planşetinin qlobal versiyaları ilə yetinməyib. Belə ki, şirkət üstəlik Honor MagicBook Pro 16 noutbukunu da təqdim edib.
Honor Magic 6 RSR Porsche Design smartfonunun təqdimatı anons edilib (VİDEO)
Honor Magic 6 RSR Porsche Design smartfonunun təqdimatı anons edilib (VİDEO)
Honor şirkəti Magic 6 Pro-nun təqdimatı zamanı adi Honor Magic 6-nın xüsusi versiyasının nə zaman təqdim olunacağını elan edib.
Honor Pad 9 planşetinin qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Honor Pad 9 planşetinin qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Magic 6 Pro smartfonunun qlobal versiyası ilə yanaşı həmçinin Honor Pad 9 planşetinin də qlobal versiyasını təqdim edib.
Honor Magic 6 Pro qlobal bazarda təqdim olunub - QİYMƏTİ
Honor Magic 6 Pro qlobal bazarda təqdim olunub - QİYMƏTİ
Keçən ay Honor şirkəti Çində Honor Magic 6 və Magic 6 Pro smartfonlarını təqdim etmişdi. İndi isə şirkət qlobal bazarda Honor Magic 6 Pro-nu təqdim edib.
Təqdimata hazırlaşan Honor MagicBook Pro 16 noutbuku Geekbench testlərindən keçib
Təqdimata hazırlaşan Honor MagicBook Pro 16 noutbuku Geekbench testlərindən keçib
Bir neçə gün bundan öncə Honor şirkəti rəsmi şəkildə elan etdi ki, o, MWC 2024 sərgisi çərçivəsində Honor MagicBook Pro 16 noutbukunu təqdim edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!