main-post-cover

    Google Gemini çat-botuna sahib smart eynək hazırlamaq niyyətindədir

    Cihazlar+
    22.07.2024
    Emil Nəcəfov
         Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı Gemini çat-botuna sahib smart eynəyi satışa çıxartmaq istəyir və bu istiqamətdə şirkət məşhur eynək brendi olan Ray-Ban-ın sahibi EssilorLuxottica şirkətinə müraciət edib. Qeyd etmək lazımdır ki, EssilorLuxottica artıq Meta şirkəti ilə bu mövzuda əməkdaşlıq edir və iki şirkətin əməkdaşlığı çərçivəsində Ray-Ban Meta Smart Glasses eynəyi satılır. Üstəlik keçən həftə məlum oldu ki, Meta şirkəti EssilorLuxottica səhmlərinin minoritar hissəsini almaq istəyir.
         Çox güman ki, bu, Meta-nın Google və EssilorLuxottica arasında əməkdaşlığın baş tutmasını istəməməsinin göstəricisidir. Google öz smart eynəyi barəsində ətraflı bir məlumat verməyib. Şirkətin smart eynək üçün hansı brendi istifadə etmək istədiyi tam aydın deyil. Belə ki, EssilorLuxottica həmçinin Oakley, LensCrafters Sunglass Hut kimi eynək brendlərinə də sahibdir. Gözləntilərə əsasən Google şirkətinin Gemini-yə sahib smart eynəyində heç bir ekran olmayacaq. Smart eynəyin əsas funksiyaları arasında mikrofon, səsgücləndirici və kamera olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Keyfiyyətsiz tətbiqlər Google Play Store-dan silinəcək
    keyfiyyetsiz-tetbiqler-google-play-store-dan-silinecek
    Qatlana bilən Pixel 9 Pro Fold-un təqdimatı təsdiqlənib
    qatlana-bilen-pixel-9-pro-fold-un-teqdimati-tesdiqlenib
    Qatlana bilən Google Pixel 9 Pro Fold-un real fotoları ortaya çıxıb
    qatlana-bilen-google-pixel-9-pro-fold-un-real-fotolari-ortaya-cixib
    Google Maps, istifadəçi interfeysini dəyişir!
    google-maps-istifadeci-interfeysini-deyisir
    Google, dark web izləmə funksiyasını ödənişsiz edir!
    google-dark-web-izleme-funksiyasini-odenissiz-edir