Foxconn şirkəti Hindistanda artıq iPhone 17-nin hazırlanmasına start verib
Cihazlar+
30.10.2024
Emil Nəcəfov
Apple şirkəti iPhone 17 smartfon seriyasını gələn ilin ikinci yarısında təqdim edəcək. Lakin The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin iPhone istehsalı ilə məşğul olan partnyoru Foxconn şirkəti Hindistanın Banqalor adlı şəhərində yerləşən zavodunda adi iPhone 17-nin hazırlanmasına artıq start verib. Məlumatda qeyd edilib ki, hindistanlı mühəndislər artıq iPhone 17-nin prototipləri üzərində çalışmağa başlayıblar.
Həmin prototiplər Apple tərəfindən təyin edilmiş keyfiyyət tələblərini qarşılamalıdırlar. Jeff Pu adlı məşhur analitik öz növbəsində iPhone 17-nin sahib ola biləcəyi mümkün özəllikləri açıqlayıb. Beləliklə analitikin sözlərinə əsasən iPhone 17 smartfonu 6.1 düym ölçülü ekranı əldə edə və Apple A19 prosessoru vasitəsilə çalışa bilər. Bununla yanaşı smartfon 8 GB RAM-a, 24 MP-lik ön kameraya və 48 MP + 12 MP ikili arxa kameraya sahib ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
M4 və M4 Pro prosessorlarına sahib yeni Apple Mac mini təqdim edilib - QİYMƏTİ
M4 və M4 Pro prosessorlarına sahib yeni Apple Mac mini təqdim edilib - QİYMƏTİ
Apple şirkəti yeni Mac mini kompüterini təqdim edib. Yeni Mac mini iki versiyada təqdim edilib. Birinci versiya M4 prosessoru vasitəsilə, ikinci versiya isə M4 Pro prosessoru vasitəsilə çalışır.
M4 vasitəsilə çalışan yeni Apple iMac təqdim olunub - QİYMƏTİ
M4 vasitəsilə çalışan yeni Apple iMac təqdim olunub - QİYMƏTİ
Apple şirkəti M4 prosessoru vasitəsilə çalışan yeni iMac monoblokunu təqdim edib. Apple bildirib ki, M1 prosessoru vasitəsilə çalışan iMac ilə müqayisədə M4 prosessoru vasitəsilə çalışan yeni iMac gündəlik işlərin yerinə yetirilməsi zamanı 1.7 dəfə, daha resurslu tapşırıqların yerinə yetirilməsi zamanı isə 2.1 dəfə daha performanslı çalışır.
Apple Intelligence serverlərini sındıracaq şəxsə 1 milyon dollar mükafat söz verilib
Apple Intelligence serverlərini sındıracaq şəxsə 1 milyon dollar mükafat söz verilib
Görünür, Apple şirkəti özünün süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosisteminin təhlükəsizliyini ciddi şəkildə təmin etməyi hədəfləyib.
iPhone 17 Pro Max-da Dynamic Island-ın ölçüsü daha kiçik ola bilər
iPhone 17 Pro Max-da Dynamic Island-ın ölçüsü daha kiçik ola bilər
Apple şirkəti iPhone 17 smartfon seriyasını gələn il təqdim edəcək. Lakin bununla belə sözügedən seriya barəsində artıq tədricən məlumatlar ortaya çıxır.
Apple növbəti iPhone SE-nin istehsalına başlamağa hazırlaşır
Apple növbəti iPhone SE-nin istehsalına başlamağa hazırlaşır
Apple şirkətinin gələn ilin birinci yarısında növbəti iPhone SE smartfonunu təqdim edəcəyi gözlənilir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!