main-post-cover

    CMF Phone 1-in konstruksiyasının maraqlı özəlliyi sərgilənib

    Cihazlar+
    12.06.2024
    Emil Nəcəfov
         Nothing şirkətinin CMF adlı subbrendi özünün təqdimata hazırlaşan ilk smartfonu barəsində tizer materialları bölüşməyə davam edir. Söhbət, CMF Phone 1-dən gedir. Bu dəfə CMF sosial şəbəkələrdəki hesablarında sözügedən smartfonla bağlı videonu bölüşüb. Təqdim edilmiş videoda da görmək olar ki, CMF Phone 1-in gövdəsində dairəvi formalı hərəkətli düymə yerləşəcək. Bu düymə smartfon gövdəsinin aşağı hissəsində yerləşməlidir. Lakin onun nə üçün nəzərdə tutulduğu hələ məlum deyil. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarına əsasən CMF Phone 1 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü OLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun özündə 50 MP + 50 MP ikili arxa kamera ilə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. CMF Phone 1 yaxın zamanda təqdim olunmalıdır.
    View post on X
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    CMF Phone 1-in standart versiyasının satış qiyməti açıqlanıb
    cmf-phone-1-in-standart-versiyasinin-satis-qiymeti-aciqlanib
    Nothing şirkəti özünün CMF subbrendinin ilk smartfonunun təqdimata hazırlaşdığını təsdiqləyib
    nothing-sirketi-ozunun-cmf-subbrendinin-ilk-smartfonunun-teqdimata-hazirlasdigini-tesdiqleyib
    RƏSMİ: Nothing Phone (3) bu il təqdim edilməyəcək
    resmi-nothing-phone-3-bu-il-teqdim-edilmeyecek
    CMF Phone (1) smartfonunun xarici görünüşü sərgilənib
    cmf-phone-1-smartfonunun-xarici-gorunusu-sergilenib
    Nothing şirkəti öz yeni cihazının ilk tizer fotosunu bölüşüb
    nothing-sirketi-oz-yeni-cihazinin-ilk-tizer-fotosunu-bolusub