main-post-cover

    Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb

    Cihazlar+
    23.02.2024
    Emil Nəcəfov
         Bəzi Apple Vision Pro istifadəçiləri bu qarışıq reallıq cihazının qoruyucu şüşəsi üzərində yaranmış çatlardan şikayətləniblər. Bununla belə onlar qeyd ediblər ki, Vision Pro-nun özü heç bir zədələnməyə məruz qalmayıb. Sözügedən problem barəsində ilk məlumatlar 18 gün bundan öncə Reddit platformasında ortaya çıxmağa başladı. Həmin vaxtdan indiyənə kimi müxtəlif istifadəçilər bu problemlə qarşılaşırlar.
         İstifadəçilər tərəfindən təqdim edilmiş fotolardan da görmək olar ki, Vision Pro-nun ön hissədən qoruyucu şüşəsinin üzərində şaquli çat əmələ gəlib. İstifadəçilərin sözlərinə əsasən bu cür çat Vision Pro-nun zədələnmədiyi halda anidən ortaya çıxır. Bu cür problemin müxtəlif yaranma səbəbləri ola bilər. Vision Pro-nun kəmər hissəsinin bərk sıxılması nəticəsində yaranmış təzyiqdən tutmuş qoruyucu şüşənin strukturuna təsir göstərən qızmaya kimi. Apple dokumentasiyasına əsasən Vision Pro hətta gözləmə rejimi zamanı da batareyadan enerjini qəbul edir. Bu isə öz növbəsində cihaz temperaturunun yüksəlməsinə səbəb ola bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb
    apple-imessage-tetbiqinde-kvant-komputerlerden-qorunma-tedbirini-gorub
    Apple şirkətinin ilk qatlana bilən cihazı iPhone olmaya bilər
    apple-sirketinin-ilk-qatlana-bilen-cihazi-iphone-olmaya-biler
    Bu il təqdim olunacaq yeni iPad modellərinin ölçüləri məlum olub
    bu-il-teqdim-olunacaq-yeni-ipad-modellerinin-olculeri-melum-olub
    2023-cü ildə ən çox satılmış 10 smartfondan 7-si iPhone olub
    2023-cu-ilde-en-cox-satilmis-10-smartfondan-7-si-iphone-olub
    Növbəti Apple Watch istifadəçi bədəninin hansı səviyyədə tərlədiyini ölçmək imkanına sahib ola bilər
    novbeti-apple-watch-istifadeci-bedeninin-hansi-seviyyede-terlediyini-olcmek-imkanina-sahib-ola-biler