Apple Vision Pro ilk dözümlülük testlərindən keçib (VİDEO)
Cihazlar+
05.02.2024
Emil Nəcəfov
AppleTrack adlı YouTube kanalının müəllifi yenicə satışa çıxmış Apple Vision Pro cihazının dözümlülüyünü yoxlamaq qərarına gəlib. Bunun üçün o, Vision Pro-nu bir neçə dəfə yerə atıb. Lakin bu, yeganə test olmayıb. Başlanğıc üçün blogger qarışıq reallıq cihazını divara və divar künclərinə vurub. Cihaz vasitəsilə divara edilmiş zərbələr güclü olmayıb. Bununla belə Vision Pro bu cür zərbələrə tab gətirə bilib.
Daha sonra blogger cihazı öz sinəsi hündürlüyündən yerə atıb. Maraqlısı ondadır ki, ilk zədələnmiş komponent Vision Pro-nun kəməri olub. Cihazın ön şüşəsi isə bir neçə düşüşə tab gətirə bilib. Nəticədə ön şüşə yalnız 8-ci düşüşdə sınıb. Bununla belə 8-ci düşüş çərçivəsində cihaz orta insan boyundan daha hündür məsafədən yerə atılıb. Lakin qeyd etmək lazımdır ki, 8-ci düşüş nəticəsində Vision Pro-nun yalnız xarici şüşəsi sınıb. Belə ki, xarici şüşənin altında olan ikinci qoruyucu şüşə salamat qalıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mütəxəssislər Apple Vision Pro-nu hissələrə ayırıblar (VİDEO)
Mütəxəssislər Apple Vision Pro-nu hissələrə ayırıblar (VİDEO)
Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı artıq rəsmi olaraq satışdadır. iFixit saytının mütəxəssisləri isə Vision Pro-nu əldə edərək onu hissələrə ayırıblar.
Apple DVD-ROM-lu MacBook Pro-nun dəstəyini rəsmi şəkildə dayandırıb
Apple DVD-ROM-lu MacBook Pro-nun dəstəyini rəsmi şəkildə dayandırıb
Apple DVD-ROM-a sahib son MacBook noutbukunu 7 il bundan öncə satışa çıxartmışdı.
MacBook-lar üçün Face ID texnologiyası hazırlanır
MacBook-lar üçün Face ID texnologiyası hazırlanır
İnsayderlər Apple şirkətinin MacBook noutbukları üçün nəzərdə tutulmuş Face ID texnologiyasına dair yeni patent sənədlərini internetdə aşkar ediblər.
Bütün dünyada aktiv Apple cihazlarının sayı 2 milyardı keçib
Bütün dünyada aktiv Apple cihazlarının sayı 2 milyardı keçib
Apple şirkəti 2024-cü ilin birinci rüb üzrə maliyyə göstəriciləri ilə bağlı hesabatını təqdim edib.
Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır
Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır
Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən Apple hal-hazırda öz ilk qatlana bilən cihazı üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!