Apple şirkətinin fərdi 5G modemini ilk əldə edəcək iPhone modellərinin adları açıqlanıb
Cihazlar+
30.07.2024
Emil Nəcəfov
Artıq məlumdur ki, Apple şirkəti öz cihazlarını fərdi 5G modem ilə təmin etmək istəyir və artıq bir neçə ildir ki, öz 5G modemini hazırlamağa çalışır. İndi isə Apple şirkətinin fərdi 5G modemini ilk olaraq hansı iPhone modellərinin əldə edəcəkləri məlum olub. Bu barədə məlumatı məşhur analitik Ming-Chi Kuo təqdim edib. Beləliklə analitikin sözlərinə əsasən Apple növbəti iPhone SE smartfonundan başlayaraq Qualcomm-un 5G modemlərindən imtina edəcək.
Qeyd etmək lazımdır ki, növbəti iPhone SE-nin 2025-ci ilin birinci yarısında təqdim olunacağı gözlənilir. Analitik həmçinin əlavə edib ki, növbəti iPhone SE-dən əlavə olaraq Apple şirkəti fərdi 5G modemini gələn il təqdim olunacağı gözlənilən iPhone 17 Slim smartfonuna da quraşdırmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, iPhone 17 Slim modelinin iPhone 17 Plus-ı əvəzləyəcəyi gözlənilir. Apple şirkətinin fərdi 5G modeminə gəldikdə isə onun texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Intelligence ekosisteminin süni zəka funksiyalarının iOS 18-də nə zaman istifadəyə veriləcəkləri açıqlanıb
Apple Intelligence ekosisteminin süni zəka funksiyalarının iOS 18-də nə zaman istifadəyə veriləcəkləri açıqlanıb
Apple şirkətinin keçən ay baş tutmuş WWDC 2024 konfransı çərçivəsində Apple Intelligence ekosistemi təqdim olundu.
iPhone 18 Pro smartfonları 2 TB daxili yaddaş həcmini əldə edə bilərlər
iPhone 18 Pro smartfonları 2 TB daxili yaddaş həcmini əldə edə bilərlər
iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı və artıq indidən iPhone 17 smartfon seriyası barəsində məlumatların ortaya çıxmaları fonunda iPhone 18 seriyası barəsində də məlumatlar ortaya çıxmağa başlayıb.
Bir çox iPhone istifadəçisi, Safari tətbiqində problemlə üzləşib!
Bir çox iPhone istifadəçisi, Safari tətbiqində problemlə üzləşib!
Bir çox iPhone istifadəçiləri, bu gün Safari vasitəsilə axtarış apararkən gözlənilməz xəta ilə qarşılaşıblar. Axtarış zamanı "iCloud Private Relay" xətası verən Safari, işləməz hala gəlib.
Apple, Çində cihazların sərt şəraitdə sınaqdan keçiriləcəyi labaratoriya açır!
Apple, Çində cihazların sərt şəraitdə sınaqdan keçiriləcəyi labaratoriya açır!
Apple, Çinin Shenzhen şəhərində yeni tədqiqat laboratoriyasını açmağa hazırlaşır. Yeni müəssisədə, xüsusilə iPhone, iPad və Apple Vision kimi cihazların ekstremal şəraitdə sınaqdan keçiriləcəyi bildirilir.
Apple Maps-in veb versiyası istifadəyə verilib
Apple Maps-in veb versiyası istifadəyə verilib
Apple şirkəti özünün Maps tətbiqinin veb versiyasını anons edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ