Apple microLED ekranlı Apple Watch Ultra-nı ləğv etmiş ola bilər
Cihazlar+
04.03.2024
Emil Nəcəfov
Son 1 il ərzində ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti microLED texnologiyası əsasında hazırlanmış ekrana sahib Apple Watch Ultra smart saatı üzərində çalışır. Sözügedən Apple Watch Ultra-nın daha öncə 2025 və ya 2026-cı ildə təqdim olunacağı güman edilirdi. Lakin bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, microLED ekrana sahib Watch Ultra ümumiyyətlə 2027-ci ilə kimi təxirə salına bilər. Buna səbəb kimi microLED ekranların istehsal olunmasının baha başa gəlməsi qeyd edilmişdi. Nəticə etibarilə microLED ekrana sahib Apple Watch Ultra layihəsi ləğv edilə bilər.
Apple şirkətinin təchizatçılarından biri olan AMS-Osram şirkəti bir neçə gün bundan öncə özünün microLED ekranların istehsalı strategiyasına yenidən nəzər yetirəcəyini elan etdi. Buna səbəb isə hansısa böyük layihənin gözlənilmədən ləğv edilməsidir. Şirkət söhbətin hansı layihədən və hansı sifarişçidən getdiyi barəsində məlumat verməyib. Lakin insayderlərin sözlərinə əsasən söhbət, məhz Apple-dan gedir. Məşhur analitik Ming-Chi Kuo isə öz növbəsində bildirib ki, Apple microLED ekrana sahib Apple Watch Ultra ilə yanaşı ümumiyyətlə microLED ekranlarla bağlı olan bütün layihələrini ləğv edib. Qeyd etmək lazımdır ki, daha öncə düşünülürdü ki, Apple şirkətinin bütün cihazları sıra ilə microLED ekranlara keçid edəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni iPad Pro-nun CAD çertyoj fotoları təqdim edilib
Yeni iPad Pro-nun CAD çertyoj fotoları təqdim edilib
Apple bu il yeni iPad Pro planşetlərini təqdim edəcək.
iOS 18-də hansı süni zəka funksiyaları olacaq?
iOS 18-də hansı süni zəka funksiyaları olacaq?
Apple şirkəti yay fəslinin ilk ayında iOS 18 əməliyyat sistemini təqdim edəcək. İndi isə insayderlər sözügedən iOS versiyasında hansı yeniliklərin olacaqlarından xəbər veriblər.
Tim Cook: "Apple şirkəti generativ süni zəka sahəsində yeni üfüqlərə qapı açacaq"
Tim Cook: "Apple şirkəti generativ süni zəka sahəsində yeni üfüqlərə qapı açacaq"
Bir neçə gün bundan öncə Apple şirkəti səhmdarların illik iclasını keçirib.
Apple Vision Pro-ya tələbat düşünüldüyündən daha yüksək olub
Apple Vision Pro-ya tələbat düşünüldüyündən daha yüksək olub
Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple Vision Pro qarışıq reallıq cihazına tələbat Apple şirkətinin düşündüyündən daha yüksək olub.
Apple şirkəti Apple ID-nin adını dəyişməyi planlaşdırır
Apple şirkəti Apple ID-nin adını dəyişməyi planlaşdırır
Görünür, Apple şirkəti öz ən məşhur brendlərindən birinin adını dəyişmək niyyətindədir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!