Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər
Cihazlar+
26.10.2023
Emil Nəcəfov
CIRP adlı analitik agentlik Android və iOS istifadəçiləri arasında smartfonların yenilənmə dövrlərinin analizlərini özündə birləşdirən yeni tədqiqatın nəticələrini təqdim edib. Məlum olub ki, Android smartfonların istifadəçilərindən fərqli olaraq iOS smartfonların istifadəçiləri öz cihazlarını tez-tez yeniləmirlər. Statistikaya əsasən ABŞ əhalisinin 61%-i öz köhnə iPhone modellərini 2 il və daha artıq müddət ərzində, 29%-i isə minimum 3 il ərzində istifadə edib.
Android smartfonların istifadəçilərinə gəldikdə isə göstəricilər 43% və 21% təşkil ediblər. 1 ildən az müddət ərzində istifadə edilmiş smartfonların satılması ilə bağlı mövzuda Android istifadəçilərin faiz göstəricisi 23, iOS istifadəçilərin faiz göstəricisi isə 10 olub. 12-24 ay ərzində istifadə edilmiş smartfonların satılması ilə bağlı mövzuda isə Android istifadəçilərin faiz göstəricisi 34, iOS istifadəçilərin faiz göstəricisi 29 təşkil edib.
CIRP analitik agentliyinin mütəxəssislərinin fikirlərinə əsasən bu cür statistik göstəricilərin iki əsas səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Android istifadəçisi konkret bir brendə bağlı deyil və o, yeni funksiyaların əldə olunması yolunda fərqli brendlərin cihazlarını əldə edə bilər. İkinci səbəb isə çox güman ki, Apple şirkətinin əsasən yalnız flaqman smartfonlar istehsal etməsindədir. Bu səbəbdən də Android ekosistemində olan cihazlarla müqayisədə iPhone-larda problemlər o qədər də çox olmur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
AirPods 4 və yeni AirPods Max artıq gələn il təqdim oluna bilərlər
AirPods 4 və yeni AirPods Max artıq gələn il təqdim oluna bilərlər
Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple tərəfindən hazırlanan digər naqilsiz qulaqlıqlar barəsində də məlumat verib.
Apple Vision Pro özündə tibbi funksiyaları birləşdirə bilər
Apple Vision Pro özündə tibbi funksiyaları birləşdirə bilər
The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin gələn ilin əvvəlində satışa çıxacağı Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı təkcə əyləncə xarakterli cihaz olmayacaq.
Apple aktiv şəkildə AirPods Pro 3 üzərində çalışır
Apple aktiv şəkildə AirPods Pro 3 üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti hal hazırda aktiv şəkildə AirPods Pro 3 naqilsiz qulaqlığı üzərində çalışır.
Apple süni zəka serverlərinə 1 il ərzində 5 milyard dollar sərf etməyi planlaşdırır
Apple süni zəka serverlərinə 1 il ərzində 5 milyard dollar sərf etməyi planlaşdırır
Məşhur analitik Ming-Chi Kuo-nun təqdim etmiş olduğu məlumata əsasən Apple şirkəti yaxın 1 il ərzində süni zəka üçün nəzərdə tutulmuş serverlərin alınmasına 5 milyard dollar vəsait xərcləməyi planlaşdırır.
Daha ucuz MacBook modelinin hazırlandığı məşhur analitik tərəfindən təsdiqlənib
Daha ucuz MacBook modelinin hazırlandığı məşhur analitik tərəfindən təsdiqlənib
Hələ keçən ay məlumat verilmişdi ki, Apple şirkəti daha ucuz qiymətə satılacaq MacBook modelini satışa çıxartmağı planlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!