Google smartfonlarda 2G şəbəkəsinin deaktiv edilməsini məsləhət görür
Təhlükəsizlik
05.08.2024
Emil Nəcəfov
Google şirkəti Android smartfonların istifadəçilərinə öz cihazlarında 2G şəbəkəsini deaktiv etməyi məsləhət görüb. Bu, aşağı səviyyəli təhlükəsizlik ilə bağlıdır. Belə ki, aşağı səviyyəli təhlükəsizlik səbəbilə dələduzlar və hakerlər müxtəlif şirkətlərin adlarından saxta mesajlar göndərə bilərlər. 2G şəbəkələrinin aşağı səviyyədə qorunmaya sahib olduqları üçün hakerlər mobil stansiya simulyatorlarından istifadə edə bilərlər. Onlar həmçinin saxta baza stansiyaları (FBS) kimi də tanınırlar.
Bu radio cihazlar mobil cihazların şəbəkə qoşulmalarını əldə etmək üçün əsl mobil stansiyaları imitasiya edirlər. Google şirkətinin hesabatına əsasən son illərdə maliyyə ilə bağlı dələduzluq məqsədlərində FBS-dən istifadə hallarının sayı artıb. Adətən şəbəkə operatorları xüsusi spam filtrindən istifadə edirlər. Xüsusi spam filtri öz növbəsində dələduzlara fişinq (phishing) mesajları yaymaqda çətinliklər yaradır. Lakin FBS-dən istifadə sayəsində onlar bu məhdudiyyətlərdən tamamilə yan keçə bilirlər.
Nəticədə fişinq mesajlar qurbanlara çatdırıla bilir. Bununla belə dələduzlar elə edə bilərlər ki, sanki mesajlar banklar da daxil olmaqla müxtəlif şirkətlərin nömrələrindən gəlib. Qeyd etmək lazımdır ki, 2G şəbəkəsini modem səviyyəsində deaktiv etmək özəlliyi hələ Android 12-də istifadəyə verilmişdi. Bu özəllik istifadəçiləri saxta SMS-lərin əldə edilməsi riskindən tamamilə qoruyur. Qeyd etmək lazımdır ki, 2G şəbəkəsinin deaktiv olduğu halda belə fövqəladə zəng funksiyası aktiv şəkildə qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Chrome üçün süni zəka əsaslı 3 yeni funksiya anons edilib
Google Chrome üçün süni zəka əsaslı 3 yeni funksiya anons edilib
Google şirkəti Chrome brauzerinin desktop versiyası üçün süni zəka əsaslı 3 yeni funksiyanı anons edib. Beləliklə Chrome brauzerinin desktop versiyasında istifadəyə veriləcək süni zəka funksiyalarından biri Google Lens olacaq.
Google Pixel 9 smartfonlarında olacaq Tensor G4 prosessoru barəsində yeni məlumatlar verilib
Google Pixel 9 smartfonlarında olacaq Tensor G4 prosessoru barəsində yeni məlumatlar verilib
Google şirkətinin 13 avqust tarixində təqdim edəcəyi Pixel 9 smartfonları Tensor G4 prosessoru vasitəsilə çalışacaqlar.
Google Pixel 9 Pro Fold-un gövdəsi Galaxy Z Fold 6-nın gövdəsindən daha nazik olacaq
Google Pixel 9 Pro Fold-un gövdəsi Galaxy Z Fold 6-nın gövdəsindən daha nazik olacaq
Google şirkətinin təqdimata hazırlaşan yeni qatlana bilən smartfonu Google Pixel 9 Pro Fold barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Google Maps, tarixi məkanları artırılmış reallıqla göstərəcək!
Google Maps, tarixi məkanları artırılmış reallıqla göstərəcək!
Google Maps, istifadəçilərə immersiv təcrübədə məşhur tikililərin tarixini araşdırmaq və onlarla qarşılıqlı əlaqədə olmaq imkanı verən yeni artırılmış reallıq (AR) funksiyasını elan edib.
Google Maps, artıq bina girişlərini göstərə biləcək!
Google Maps, artıq bina girişlərini göstərə biləcək!
Google Maps, təkmilləşdirilmiş hadisə hesabat sistemini təqdim edən böyük yeniləmənməni əldə edir. Yeni funksiyalarla siz bina girişlərini və yaxınlıqdakı dayanacaqları görə biləcəksiniz.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!