main-post-cover

    Avropa Birliyi, Microsoft-u "uşaqların məlumatlarını oğurlayır" iddiası ilə ittiham edib!

    Təhlükəsizlik
    05.06.2024
    Farid Pardashunas

         Avstriyanın “Noyb” hüquq müdafiə qrupu, 365 Education proqramının məktəblərdəki fəaliyyəti və uşaqların məxfiliyi ilə bağlı Microsoft-a qarşı iki şikayət qaldırıblar. Qrup həmçinin OpenAI, Meta, Spotify və digər texnoloji nəhənglərə qarşı da keçmişdə şikayətlər qaldırmışdılar.

         Noyb iddia edir ki, Microsoft-un öz sənədlərinə əsasən, Microsoft 365 Education, məktəbin xəbəri olmadan istifadəçi davranışını təhlil edən, brauzer məlumatlarını toplayan və reklam üçün istifadə olunan kukilər quraşdırıb. Onların sözlərinə görə, Microsoft-un tələbələrin məlumatları ilə nə etdiyi bəlli deyil və uşaqları gizli şəkildə izləyir. Noyb qrupunun məlumatların qorunması üzrə hüquqşünası Felix Mikolasch, vəziyyəti belə izah edir: “Məlumat axınları ilə bağlı təhlilimiz çox narahatedicidir. Microsoft 365 Education istifadəçiləri yaşlarından asılı olmayaraq izləyir. Bu təcrübənin AB və AEA-da yüz minlərlə şagird və tələbəyə təsir edəcəyi ehtimal edilir. Səlahiyyətli orqanlar nəhayət, işə qarışmalı və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasını effektiv şəkildə təmin etməlidirlər.
         Noyb, həmçinin iddia edir ki, Microsoft, Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) öhdəliklərini, məxfilik siyasətlərinə və ya məlumatların toplanmasına heç bir giriş və ya məlumat vermədən məktəblərin üzərinə atıb. Noyb-da məlumatların qorunması üzrə digər hüquqşünas Maartje de Graaf, verdiyi açıqlamada, “Microsoft məlumatların emalı ilə bağlı bütün vacib məlumatları proqram təminatında saxlayır, lakin hüquqların həyata keçirilməsinə gəldikdə barmağını məktəblərə yönəldir. Məktəblərin şəffaflıq və açıqlama öhdəliklərinə əməl etmələrinin heç bir yolu yoxdur” deyə bildirib. GDPR yetkinlik yaşına çatmayanların məlumatlarının mühafizəsi üçün ciddi qaydalar müəyyən edir və fərd üçün əlavə qorunma, şəffaflıq və hesabatlılığa diqqət yetirir. GDPR-nin pozulması 20 milyon avro (22 milyon dollar) məbləğində və ya bir əvvəlki ildə şirkətin illik dövriyyəsinin dörd faizi məbləğində cərimə ilə nəticələnə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
    avropa-birliyi-suni-zekanin-tehlukesiz-inkisafina-nezaret-edecek-yeni-qurumunu-yaradib
    Windows 11-in yeni süni intellekt funksiyası, köhnə kompüterdə işə salınıb!
    windows-11-in-yeni-suni-intellekt-funksiyasi-kohne-komputerde-ise-salinib
    Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
    microsoft-sesinizi-teqlid-ederek-zenglere-cavab-veren-suni-intellekt-uzerinde-isleyir
    Paint-də fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası hamı üçün istifadəyə verilib
    paint-de-fotolarin-suni-zeka-vasitesile-tertibati-funksiyasi-hami-ucun-istifadeye-verilib
    Edge brauzeri videoların real zaman ərzində tərcüməsi funksiyasını əldə edib (VİDEO)
    edge-brauzeri-videolarin-real-zaman-erzinde-tercumesi-funksiyasini-elde-edib-video