Android 15-də olacaq faydalı funksiyalardan biri sərgilənib (VİDEO)
Əməliyyat sistemləri
19.03.2024
Emil Nəcəfov
Android Authority saytının əməkdaşları hələ anons olunmamış funksiyanı Android 14 QPR3 test versiyasında aktivləşdirə biliblər. Söhbət, tətbiqlərin arxivləşdirilməsi funksiyasından gedir. Bu funksiya istifadə olunmayan tətbiqləri smartfondan tam silmədən onları arxivləşdirərək əlavə daxili yaddaş həcmini təmin etmək üçün nəzərdə tutulub. Bu, iOS 11-də istifadəyə verilmiş Offload unused apps funksiyasının analoqudur. Google tətbiqlərin arxivləşdirilməsi funksiyasını hələ 2022-ci ilin əvvəlində təqdim etmişdi. Lakin o, Google Play platformasına istiqamətlənmiş bir funksiya idi. Android 14 QPR3 Beta versiyasında isə funksiya birbaşa əməliyyat sisteminə inteqrasiya edilib.
Android Authority saytının əməkdaşları sözügedən beta versiya üzərində müəyyən prosesləri reallaşdırandan sonra tətbiqlərin arxivləşdirilməsi funksiyasını software səviyyəsində aktivləşdirmək mümkün olub. Beləliklə arxivləşdirmə funksiyasını hər hansısa tətbiq üzərində istifadə edən zaman tətbiqin özü silinsə də, onun daxilindəki məlumatlar ilə tətbiq ikonu smartfondan olduğu kimi qalırlar. Məsələn sözügedən funksiya sayəsində UBER tətbiqinin həcmi 387 MB-dan 17.64 MB-a enəcək. Tətbiqi bərpa etmək istəyən zaman isə sadəcə olaraq onun ikonuna klikləmək lazım gələcək. Tətbiq ikonuna klikləyəndən sonra bütün məlumatlar yenidən ona yüklənəcək və tətbiqdən istifadə etmək mümkün olacaq. Gözləntilərə əsasən tətbiqlərin arxivləşdirilməsi funksiyası Android 15-də istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır
Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır
Blomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti Google Gemini süni zəka modelini iPhone smartfonlarına inteqrasiya etməyi planlaşdırır.
Google I/O 2024 konfransının keçirilmə tarixi elan edilib
Google I/O 2024 konfransının keçirilmə tarixi elan edilib
Google şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş Google I/O 2024 konfransının nə zaman keçiriləcəyini açıqlayıb.
Qatlana bilən Google Pixel Fold 2-nin ekranlarının dəqiq ölçüləri açıqlanıb
Qatlana bilən Google Pixel Fold 2-nin ekranlarının dəqiq ölçüləri açıqlanıb
Google bu il ərzində yeni qatlana bilən smartfonunu təqdim etməlidir.
Android 15 peyk rabitəsi dəstəyini əldə edə bilər
Android 15 peyk rabitəsi dəstəyini əldə edə bilər
Android 14 QPR3 Beta 2 versiyasının sistem ayarlarında yeni səhifə ortaya çıxıb.
Google Play-də bir neçə tətbiqi paralel olaraq yükləmək mümkün olacaq
Google Play-də bir neçə tətbiqi paralel olaraq yükləmək mümkün olacaq
Google Play-in yeni versiyasında faydalı funksiya barəsində məlumat ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ