Son illərdə yalnızlığa çarə məqsədilə on minlərlə robot pişik və it istehsal olunub!
Digər
01.07.2024
Farid Pardashunas
Xüsusilə pandemiya prosesindən sonra bütün dünyada sürətlə artan tənhalıq probleminə robot pişiklər, itlər və quşlar istehsal edilərək həll yolu tapılmağa çalışılır. Son məlumatlara görə, son 5 ildə təkcə ABŞ-da 30 mindən çox robot ev heyvanı istehsal edilib.
Bildiyiniz kimi, COVİD-19 pandemiyası və dəyişən sosial şərait səbəblərindən dolayı bu gün tənhalıq bütün dünya tarixində olduğundan daha böyük problemə çevrilib. Bu mənada bir az ironik görünsə də, insanları tənhalaşdıran texnologiya, digər tərəfdən bu tənhalığa çarə olacaq kimi görünür. BBC-nin verdiyi xəbərə görə, son 6 ildə sırf yaşlılara yoldaşlıq etmək və onların tənhalığını aradan qaldırmaq üçün 31 min 500 ədəd robot pişik, it və quş istehsal edilib.
Robot ev heyvanları, yaşlı insanlar və həqiqi heyvanlara qulluq edə bilməyənlər arasında getdikcə daha çox yayılmışdır. Yeni nəsil robotlar, sahibləri ilə ünsiyyət qura, sadə əmrləri qavraya və çətin anlarda emosional dəstək göstərə bilirlər. Yeni nəsil robotlara əlavə edilən süni intellekt və xüsusi sensorlar sayəsində onlar istifadəçinin emosional vəziyyətini aşkar edib, ona uyğun hərəkət edə bilirlər. Alimlərin araşdırmaları göstərir ki, ev heyvanı olan yaşlı insanlar, ev heyvanı olmayanlara nisbətən 36% daha az tənha olurlar. Bu mənada deyə bilərik ki, yoldaş ev heyvanlarına qulluq etməkdə çətinlik çəkən yaşlılar üçün robotlar, böyük rol oynayırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!