Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
Digər
10.10.2024
Emil Nəcəfov
“Azercell Telekom” MMC-nin nailiyyətləri Stevie Beynəlxalq Biznes Mükafatlarının (IBAs) münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Lider mobil operator ölkədə süni intellekt əsasında çalışan ilk Azərbaycan dilli Virtual Assistent xidməti - “Aicell”in tətbiqinə görə “İlin texnoloji yeniliyi” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Bundan əlavə, Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası “İlin korporativ sosial məsuliyyət proqramı” seçilməklə Qızıl mükafatçılar sırasında yer alıb.
Xatırladaq ki, Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell” abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirir, bununla da qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.
“Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub. Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Kampaniya dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
Qeyd edək ki, dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan Stevie innovasiya, liderlik, müştəri xidməti, marketinq və insan qaynaqları kimi sahələrdə fərqlənən qurumları təltif edir və dünya üzrə 200-dən çox peşəkarın iştirak etdiyi ciddi qiymətləndirmə prosesi ilə tanınır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir
Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir
Ölkəmizə səfər edəcək xarici qonaqlar üçün telekommunikasiya xidmətləri Azercell ilə artıq daha rahat və əlçatandır
“akart” geniş fəaliyyətə başladı!
“akart” geniş fəaliyyətə başladı!
Yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalar hər an, hər yerdə və hamı üçün əlçatandır!
Azercell “iPhone 16”nı təqdim edir
Azercell “iPhone 16”nı təqdim edir
Lider mobil operator ən yeni texnologiyaları abunəçiləri üçün əlçatan etməyə davam edir.
Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
Ölkənin lider mobil operatoru “Premium” tariflərinin imkanlarını genişləndirir. Oktyabr ayının 1-dən etibarən “Premium” abunəçilərinə daha sərfəli danışıq xidmətləri təqdim edilir, paketlərin aylıq abunə haqqı və digər imtiyazlar isə dəyişməz olaraq qalır.
Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya
Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya
Qarabağda təhsil alan tələbələrə “SuperSən 10GB” tarif paketindən 6 ay ərzində pulsuz istifadə etmək imkanı verilir
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!