Bir YouTuber, Read Dead Redemption 2 oyununu smartfonda işə sala bilib! (Video)
Digər
06.04.2024
Farid Pardashunas
iPhone 15 seriyasının təqdimatı ilə "Assassin's Creed: Mirage", "Death Stranding" və "Resident Evil 7" kimi oyunları cibimizdəki smartfonlarda oynana biləcəyimizi görmüşdük. Lakin bu oyunların tək-tək çıxmasını gözləməyən bir YouTuber "Read Dead Redemption 2" oyununu Android smartfonda işə salmağı bacarıb.
Belə ki, Serg Pavlov adlı YouTuber, Android smartfonunda emulyatordan istifadə edərək oyunu öz cihazında işə salmağa nail ola bilib. FPS fəyəri nə qədər aşağı olsa da, bu oyunu smartfonda oynaya bilmək bir o qədər maraqlı alınıb. Emulyatorun nə olduğunu bilməyənlər üçün qeyd edək ki, bu kimi tətbiqlər xüsusi mühit üçün yazılmış proqramları başqa bir mühitdə istifadə etməyə imkan verir. YouTuber bu nümunədə MOBOX emulyatorundan istifadə edərək oyunu işə sala bilib.
Videoda "Red Dead Redemption 2"nin 960x540 təsvir ölçüsündə səs, render və digər qrafik xətalarının tez-tez baş verdiyini görə bilərik. YouTuber həmçinin cihaz həddindən artıq qızdığı üçün əlavə soyuducu istifadə etdiyini də bildirib. Pavlov eyni üsulla Android telefonunda müxtəlif oyunları işə salmağı da bacarıb. Testlər nəticəsində o, hansı oyunların nə qədər yaxşı işlədiyini göstərən cədvəl yaradıb. Bu linkdən daxil ola biləcəyiniz cədvəldə hansı oyunun neçə FPS verdiyini, oynanıla bilən olub-olmadığını, gələcəkdə ediləcək testləri və digər maraqlı məlumatları görə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Keçən il Android-dən iOS-ə neçə faiz istifadəçi keçid edib?
Keçən il Android-dən iOS-ə neçə faiz istifadəçi keçid edib?
Consumer Intelligence Research Partners (CIRP) analitik şirkəti 2023-cü ildə Android-dən iOS-ə keçid etmiş istifadəçilərin sayını hesablayıb.
Android cihazlar üçün nəzərdə tutulmuş yeni təhlükəli virus aşkar edilib
Android cihazlar üçün nəzərdə tutulmuş yeni təhlükəli virus aşkar edilib
McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri XLoader adlı Android virusun daha təkmilləşdirilmiş təhlükəli versiyasını aşkar ediblər.
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Distant şəkildə Android cihazdan məlumatları ələ keçirtməyə imkan verən VajraySpy adlı troyan (trojan) 12 ədəd mobil tətbiqdə aşkar edilib.
Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
ThreatFabric adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android cihazlar arasında Chameleon adı altında yayılan virusun daha təhlükəli versiyasını aşkar ediblər.
Android-də iOS istifadəçilərinə yaxşı tanış olan funksiya istifadəyə veriləcək
Android-də iOS istifadəçilərinə yaxşı tanış olan funksiya istifadəyə veriləcək
İnsayderlər Android 14-ün kodunda iPhone istifadəçilərinə yaxşı tanış olan funksiyanı aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!