main-post-cover

    “Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

    Digər
    02.09.2024
    Emil Nəcəfov
         “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC bu istiqamətdə daha bir yeniliyə imza atır. 02.09.2024 tarixindən etibarən  Azercell ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edən abunəçilər tam xidmət spektrindən yararlana biləcəklər. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilir. 
         Belə ki, “mygov” tətbiqi vasitəsilə şəxsiyyəti təsdiq edən məlumatları göstərən müştərilər  Azercell Eksklüziv ofislərində istənilən əməliyyatı həyata keçirmək imkanı əldə edirlər. Bununla da müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell abunəçilərinə daha operativ və rahat şəkildə xidmət göstərilməsini, eləcə də məlumat təhlükəsizliyini təmin edir. Bu yenilik tez bir zamanda Azercell-in bütün diler mağazalarında da əlçatan olacaq. 
         Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2024-cü il 16 iyul tarixli Fərmana əsasən icra edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!
    azercell-suni-intellektle-milli-deyerleri-bir-araya-getirir
    Azercell-dən “Kinon” videoyayım xidməti
    azercell-den-kinon-videoyayim-xidmeti
    Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir
    azercell-heyati-daha-dolgun-edirik-qadinlara-destek-proqramina-start-verir
    Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb
    azercell-in-desteyi-ile-olimpiadalara-hazirlasan-gencler-olkemize-daha-3-medal-qazandirib
    Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq
    azerbaycan-36-ci-beynelxalq-informatika-olimpiadasinda-temsil-olunacaq