Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib
Digər
09.07.2024
Emil Nəcəfov
2024-cü ilin ilk yarısında Azercell-in Telefon Mərkəzi 3 milyon zəng qəbul edib. Daxil olan müraciətlər ortalama 2 dəqiqə 30 saniyə ərzində cavablandırılıb. Bu da qəbul edilmiş beynəlxalq standart - 6-7 dəqiqə ilə müqayisədə yüksək göstəricidir. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və müştərək xidmətlərə dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.
Qeyd olunan müddətdə Azercell-in Onlayn Müştəri Xidmətlərinə 450 minə yaxın müraciət daxil olub. Lider mobil operatorun rəsmi “Facebook”, “Instagram”, “Linkedin”, “Twitter” və “YouTube” səhifələri üzərindən isə 256 minə yaxın müraciət cavablandırılıb.
Xatırladaq ki, Azercell ölkədə 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və Onlayn Müştəri Xidmətlərini təklif edən ilk mobil operatordur.
Ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidmət göstərməyə başlayan süni zəka əsaslı ilk virtual assistent “Aicell” də artıq müştəri məmnuniyyətini qazanıb. Abunəçiləri Telefon Mərkəzinə yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən “AiCell” zənglərin 11%-ni cavablandırıb. Öz növbəsində Mərkəzə müraciət etmiş müştərilərin 72%-i suallarının cavablandırılması üçün “Aicell”i tərcih ediblər və bot abunəçilərin istəklərini 95% tam düzgün şəkildə anlayaraq onlara müvafiq xidmət göstərib. Hazırda 10 istiqamətdə xidmət göstərən “Aicell” məlumatlandırma, aktivləşdirmə və deaktivləşdirmə ilə yanaşı, həm də abunəçilərə diaqnostika xidmətləri göstərir.
2024-cü ilin ilk yarım ilində Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi qəbul edilmiş beynəlxalq standartı (85%) keçərək yüksək göstəriciyə - 95%-ə çatıb.
Telefon Mərkəzi bu ildən etibarən həm də təklif etdiyi xidmətlərin siyahısını genişləndirərək xidmət satışını da həyata keçirməyə başlayıb.
Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.
7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!
Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəblilər Mərkəzi Avropa İnformatika Olimpiadasında 1 gümüş və 1 bürünc medalla təltif ediliblər
“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu
“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu
Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniya 1000-dən çox müsabiqə iştirakçısı arasında qalib seçilib
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca 1GB internet paketi hədiyyə ediləcək
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər üçün xüsusi təlimlər təşkil olunub
Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib
Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib
Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq sertifikatı əldə edib
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!