6000 saxta iPhone ilə Apple-ı aldadan 2 çinli şəxs saxlanılıb!
Digər
04.10.2024
Farid Pardashunas
Saxta iPhone-ların seriya nömrələrini dəyişdirərək Apple-ı aldadan ikili 1.5 milyon dollar cərimələnib. Əlavə olaraq, bu iki fırıldaqçıya 50 aydan çox həbs cəzası da verilib.
ABŞ-da yaşayan çinli cütlük, ABŞ-ın texnologiya nəhəngi Apple-ı aldatdıqdan sonra yaxalanıblar. Şirkətə təxminən 2.5 milyon dollar ziyan vuran cütlüyə, 1.5 milyon dollar cərimə ilə yanaşı, həbs cəzası da verilib. Haotian Sun və Pengfei Xue adlı cütlük, orijinal iPhone-larla tamamilə eyni görünən saxta iPhone-ları əldə edib, onların seriya nömrələrini klonlayırdılar. Beləliklə, saxta cihazlar Apple sistemində orijinal kimi görünürdü. Bu cihazları Apple-ın xidmət mərkəzlərinə aparan dələduzlar, dəyişdirmə tələb edirdilər. Apple bu tələbləri qəbul edərək saxta cihazlar alıb, onları orijinal cihazlarla əvəzləyirdi.
Məhkəmə sənədlərinə görə, Haotian Sun və Pengfei Xue, bu metodla 6.000-dən çox saxta iPhone-u orijinal ilə dəyişdiriblər. Məhkəmə, Haotian Sun-a 1 milyon 72 min dollar və 57 ay həbs, Pengfei Xue-yə isə 397 min 800 dollar və 54 ay həbs cəzası verib. Bu arada, Apple-ın zərərinin 2.5 milyon dollar, dələduzların isə 1.5 milyon dollar təzminat ödəməsinə qərar verilməsi sizi çaşdıra bilər. Məhkəmə, təzminatı Apple-ın zərəri əsasında deyil, dələduzların əldə etdikləri qanunsuz qazanc əsasında müəyyənləşdirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
TD Cowen şirkətinin analitikləri iPhone 16 Pro Max-ın 256 GB daxili yaddaş həcminə sahib versiyasının bütün daxili komponentlərinin qiymətlərini təyin edərək bu smartfonun istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini öyrəniblər.
Yaxın gələcəkdə MacBook və iMac modelləri tamamilə şüşədən ibarət ola bilər!
Yaxın gələcəkdə MacBook və iMac modelləri tamamilə şüşədən ibarət ola bilər!
Apple, yaxın zamanda aldığı patentlə MacBook Air və iMac modellərində şüşə xarici səthdən istifadə etmək ehtimalını gündəmə gətirib. Patent, cihazların xarici gövdəsində giriş/çıxış funksiyalarının tətbiq oluna biləcəyini və hətta gələcəkdə şüşə klaviaturalı MacBook Air modellərinin ola biləcəyini göstərir.
Növbəti iPhone SE ilə iPad Air-in nə zaman təqdim olunacağı açıqlanıb
Növbəti iPhone SE ilə iPad Air-in nə zaman təqdim olunacağı açıqlanıb
Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple şirkətinin növbəti yeni cihazları barəsində təfərrüatları bölüşüb.
Yeni MacBook Pro-nun bəzi texniki imkanları ortaya çıxıb
Yeni MacBook Pro-nun bəzi texniki imkanları ortaya çıxıb
İnsayderlər Apple şirkətinin yeni prosessoru vasitəsilə çalışacaq növbəti MacBook Pro noutbukunun qutusunun bir hissəsinin fotosunu təqdim ediblər.
iPhone 17 Pro smartfonları yeni fiziki düyməni əldə edə bilərlər
iPhone 17 Pro smartfonları yeni fiziki düyməni əldə edə bilərlər
iPhone 16 smartfonlarının yenicə satışa çıxmalarına baxmayaraq artıq indidən gələn ilki iPhone 17 smartfonları barəsində məlumatlar ortaya çıxır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!